“Smart Technologies Solutions” QSC şirkəti 2023-cü ili 2 milyon 170 min manat xalis mənfəət ilə başa vurub.
FED.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə şirkət 542,5 min manat mənfəət vergisi ödəyib.
Ötən il “Smart Technologies Solutions” QSC-nin gəlirləri və əməliyyat mənfəəti 7 milyon 141 min manat təşkil edib.
Şirkətin kommersiya xərcləri isə 4 milyon 429 min manat olub. Nəticədə şirkətin əməliyyat mənfə3ti 2 milyon 712 min manat təşkil edib.
“Smart Technologies Solutions” QSC-nin işçi heyəti xərcləri 1 milyon 510 min manat, amortizasiya xərcləri 146,2 min manat, istifadə edilmiş material ehtiyatları 427,3 min manat təşkil edib.
Hesabat dövründə şirkətin aktivləri 2 milyon 870 min manat təşkil edib. Aktivlər son bir ildə 1 milyon 776 min manat və ya 2,6 dəfə artıb.
Öhdəliklər isə 663 min manat və ya 2,8 dəfə artaraq 1 milyon 31 min amnata yüksəlib.
Cəmi kapitalı 726 min manatdan 1 milyon 840 min manata çatıb. İllik müqayisədə 305 min manat və ya 42% artım baş verib.
Məlumat üçün blildirək ki, “Smart Technologies Solutions” Qapalı Səhmdar Cəmiyyəti metal-konstruksiya, boru işləri, kimyəvi təmizləmə, şlanqlarin hazırlanması, hidravlik malların istehsalı, istilik dəyişdiricilərin təmiri, hidravlik yuyulma və yağ analizi, proqramlaşdirma və texniki xidmətlərin hazırlanması və quraşdırılması ilə məşğul olur.