“Suraxanı Avtomotoservis” ASC 2025-ci il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2025-ciildə şirkətin fəaliyyətində giddi dəyişiklik və ya dönüş olmayıb.
Ötən il “Suraxanı Avtomotoservis” ASC-nin gəlirləri 72.2 min manat olub – 2024-cü illə müqayisədə ililk gəlir 1000 manat azalıb. Şirkətin ümumi və inzibati xərcləri isə 2024-cü ildəki 66 min manatdan 2025-ci ildə 63 min manata düşüb.
Nəticədə 2025-ci ildə “Suraxanı Avtomotoservis”in əməliyyat mənfəəti 9 min manat olub, 446 min manat vergi ödənişindən sonra isə xalis mənfəəti 8,5 min manat təşkil edib.
Əksər rəqəmlər 2024-cı ildəki kimi qalıb – əvvəlki ildə şirkətin xalis mənfəəti 7 min manat olmuşdu.
Ötən il ərzində şirkətin aktivləri dəyişməyib və cəmi 177 min manat təşkil edib. Bundan cəmi 36 min manatı uzunmüddətlidir.
“Suraxanı Avtomotoservis”in aktivləri bütünlüklə onun kapitalından ibarətdir – 177 min manat. Şirkətin öhdəlikləri də yoxdur.
Xatırladaq ki, “Suraxanı Avtomotoservis”in 62 min səhmi var və xXalis mənfəətin həcmini alanda hər səhmə düşən əlir cəmi 14 qəpik olub, 2024-də bu rəqəm 11 qəpik idi.














