Azərbaycanın aparıcı biznes qruplarından olan «Azərsun Holdinq» MMC və onun törəmə müəssisələrinin 2025-ci il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il MMC və onun törəmə müəssisələrinin ümumi satış gəlirləri 1 milyard 875 milyon manat olub. Şirkətin satışları 2024-cü illə müqayisədə 213 milyon manat və ya 12,8% artıb. Belə ki, 2024-də «Azərsun Holdinq» cəmi 1 milyar 661 milyon manat satış edə bilmişdi.
Şirkətin hesabatında göstərilir ki, sözügedən 1 milyard 875 milyon manatlıq satışın maya dəyəri 1 milyard 393 milyon manat olub. Bu satış marjasının 481 milyon manat olması deməkdir.
Hesabatda deyilir ki, 2025-ci ildə «Azərsun Holdinq» və törəmə müəssisələrinin satış və paylanma xərcləri 98 milyon manat olub. Holdinq ötən il bu xərclərə təqribən 10 milyon manat qənaət edib – çünki 2024-cü ildə satış və paylanma xərci 108 milyon manat idi.
Bundan başqa, holdinqin inzibati və ümumi xərcləri 316,4 milyon manat (20 milyon manat / 6,7% çox), maliyyə xərcləri 28,8 milyon manat (10 milyon manat / 57% çox) olub.
2025-ci ildə «Azərsun Holdinq» asılı müəssisələrə yatırdığı yalnız zərər görüb, üstəlik, bu zərər 2024-ə nisbətən 2 dəfə artıb. Belə ki, 2024-cü ildə asılı müəssisələrə yatırımlar holdinqə 250 min manat manat, ötən il isə 547 min manat zərər gətirib.
Bu itkilər holdinqin maliyyə vəziyyətinə ciddi təsir etməyib – 2025-də «Azərsun Holdinq» və törəmə müəssisələrinin vergidən əvvəlki mənfəəti 84 milyon manat olub, bunun 31 milyon manatı mənfəət vergisi kimi ödənilib.
Nəticədə şirkətin 2025-ci il üzrə xalis mənfəəti 55 milyon manat olub.
Amma bu məbləğin də özünəməxsus bölgüsü var. Hesabatdan görünür ki, Ana şirkətin təsisçiləri real olaraq 68 milyon manat mənfəət əldə edib, qeyri-nəzarət payında (yəni şirkətin səhmə sahib olduğu amma bu səhmin nəzarət payı qədər böyük olmadığı müəssisələrdə) isə 13 milyon manat zərər var. 2024-cü illə müqayisədə «Azərsun Holdinq» MMC və törəmə müəssisələrinin mənfəəti 12 milyon manat artıb.
«Azərsun Holdinq»in aktivləri 2025-ci ildə də artara 1 milyard 467 milyon manata yüksəlib – illik artım 176 milyon manat və ya 13%-dir.
Aktivlərin böyük hissəsini qüsamüddətli aktivlər – maliyə vəsaitləri təşkil edir. Uzunmüddətli aktivlər - torpaq, tikili, avadanlıqlar və sair isə holdinqin varidatının cəmi 3-də birini təşkil edir – 476 milyon manat.
Holdinqdə 1 milyard manata yaxın vəsait qısamüddətli aktivlər şəklində dövr edir. Bunun 364 milyon manatı mal-material ehtiyatları, təqribən 500 milyon manatı isə şirkətin alacığı pullardır.
Yeri gəlmişkən, şirkətin debitor borcları kəskin artıb – 2024-cü ilin sonunda «Azərsun Holdinq»ın debitor borcları 205 milyon manat olduğu halda, 2025-in sonunda bu rəqəm 319 milyon manata sıçrayıb – 1,5 dəfə artım. Bununla iki səbəbi ola bilər – (1) ya «Azərsun Holdinq» borclarını toplaya bilmir, (2) ya da satışı artırmaq üçün satış şərtlərini yuaşaldıb və nisyə satışları artırıb.
«Azərsun Holdinq» öz şirkətlərinə 21 milyon manat borc da verib, 2024-lə müqayisədə bu rəqəm dlə 1,5 dəfə artıb.
Nəticə olaraq, 2025-ci ilin sonunda Azərsun Holdinq MMC və törəmə müəssisələrinin cəmi kapitalı 740 milyon manat olub.
Bu da, 2024-cü ildəki 685 milyon manat kapitaldan 56 milyon manat (8,1%) çoxdur. Şirkətin nizamnamə kapitalı dəyişməyib - 127,6 milyon manat. Əvəzində «Azərsun Holdinq» indiyədək özünə 638 milyon manatlıq bölşdürülməmiş mənfəət «yastığı» formalaşdırıb.








![«Azərsun Holdinq» bəyan edir ki, 1,8 milyard manatlıq satışdan - [red]CƏMİ 55 MİLYON QAZANIB - HESABAT [/red] | FED.az](upload/news/small/418041.jpg)
![«Azərsun Holdinq» bəyan edir ki, 1,8 milyard manatlıq satışdan - [red]CƏMİ 55 MİLYON QAZANIB - HESABAT [/red] | FED.az](upload/news/small/2244777.jpeg)
![«Azərsun Holdinq» bəyan edir ki, 1,8 milyard manatlıq satışdan - [red]CƏMİ 55 MİLYON QAZANIB - HESABAT [/red] | FED.az](upload/news/small/3357852.jpeg)
![«Azərsun Holdinq» bəyan edir ki, 1,8 milyard manatlıq satışdan - [red]CƏMİ 55 MİLYON QAZANIB - HESABAT [/red] | FED.az](upload/news/small/3280530.jpeg)









