“El Metal Plus” QSC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
Azərbaycanın nəqliyyat şirkəti ötən ili - ZƏRƏRLƏ BAŞA VURUB
FED.az şirkətin hesabatına istiandən xəbər verir ki, şirkət ötən ili 1 milyon 55 min manat xalis mənfəətlə başa vurub.
Halbuki 2022-ci ildə 3 milyon 505 min manat xalis mənfəətlə bitirmişdir. Beləlklə xalis mənfəət son bir ildə 2 milyon 450 min manat və ya 3,3 dəfə azalıb. Şirkət bu dövrdə 112,7 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 54 milyon 196 milyon manat, satışın maya dəyəri 42 milyon 75 min manat təşkil edib.
Əsas əməliyyat gəlirləri son bir il ərzində 2 milyon 487 manat (4,3%), satışın maya dəyəri isə 7 milyon 101 min manat (14,4%) azalıb.
Bununla belə ümumi mənfəətdə 4 milyon 13 min manat (49,5%) artım baş verib və 12 milyon 121 min manat təşkil edib.
Digər əməliyyat gəlirləri isə kəskin azalaraq 150,4 min manatdan 19,1 manata düşüb.
Bu dövrdə “El Metal Plus” QSC-nin inzibati xərcləri 9 milyon 310 min manat, digər xərcləri 224 min manat, maliyyə xərcləri isə 1 milyon 435 min manat təşkil edib.
2022-ci ilə müqayisədə inzibati xərcləri 6 milyon 719 min manat (3,7 dəfə) artıb, digər xərcləri 588 min manat (3,6 dəfə) azalıb, maliyyə xərcləri isə 402 min manat (38,9%) artıb.
2023-cü ildə “El Metal Plus” QSC 21 milyon 829 min manat aktivlərə malik olub.
Aktivlər son bir ildə 3 milyon 134 min manat (16,8%) artıb.
Şirkətin öhdəlikləri 2 milyon 258 min manat və ya 19,9% artaraq 13 milyon 623 min manat təşkil edib.
Balans kapitalı isə 8 milyon 206 min manat təşkil edib ki, bu da illik müqayisədə 875 min manat və ya 11,9% çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi 875 min manat, başqa sözlə 20,1% artaraq 5 milyon 234 min manata yüksəlib.