“Nort Vest Konstrakşn” MMC 2024-cü ilin yekunlarına dair mənfəət və zərər haqqında hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə şirkətin əsas əməliyyat gəliri 2024-cü ildə 406 milyon 597 min manat təşkil edib. Bu, illik müqayisədə 9 milyon 391 min manat (2,3%) azalma deməkdir.
Qeyd edək ki, tikinti şirkəti 2023-cü ildə bundan böyük- 415 milyon 988 min manat gəlir əldə etmişdi.
Şirkətin əsas gəlir mənbələrindən biri də işğaldan azad olunmuş ərazilərdəki infrastruktur təmir-tikinti tenderləridir.
Bununla belə, şirkət xərclərə qənaət edə bilib:
Müqavilə xərcləri və satışın maya dəyəri 347 milyon 238 min manata bərabər olub. Bu, illik müqayisədə 15 milyon 540 min manat (4,3%) azalmanın olması deməkdir.
Xərclərin gəlirlərdən daha sürətlə azalması nəticəsində şirkətin ümumi gəliri 59 milyon 359 min manata bərabər olub. Bu, 2023-cü ildəki 53 milyon 210 min manatla müqayisədə 6 milyon 149 min manat, başqa sözlə (11,6%) çoxdur.
Ümumi və inzibati xərclər (cəmi xərclər) 3 milyon 704 min manat (34,1%) artaraq 14 milyon 560 min manata bərabər olub,
Bununla yanaşı, “Nort Vest Konstrakşn”ın əməliyyat fəaliyyətindən qazancında da artım qeydə alınıb. Belə ki, hesabat ilində şirkətin bu göstəricisi 44 milyon 799 min manata bərabər olub. Bu, 2023-cü illə müqayisədə 2 milyon 445 min manat (5,8%) artım deməkdir.
Maliyyə məsrəfləri (o cümlədən məzənnə dəyişikliyi) 98 min manat (6,8%) artaraq 1 milyon 540 min manata çatıb.
Nəticədə, “Nort Vest Konstrakşn”ın mənfəət vergisi ödənilənə qədər mənfəət 43 milyon 259 min manata bərabər olib. Son bir il ərzində 2 milyon 348 min manat (5,7%) artım qeydə alınıb.
Mənfəət vergisi məsrəfləri 8 milyon 652 min manat təşkil edib. Bu da ötən illə müqayisədə (8 milyon 182 min manat) 470 min manat (5,7%) artımdır.
Yekun nəticədə, “Nort Vest Konstrakşn” MMC-nin hesabat dövründə 34 milyon 607 min manat xalis mənfəət əldə edib. Şirkət 2023-cü ildə 32 milyon 729 min manat mənfəət əldə etmişdi. 2023-cü ilə nəzərən xalis mənfəətdə 1 milyon 878 min manat (5,7%) artım qeydə alınıb.
“Nort Vest Konstrakşn” 2024-cü ilin sonu üzrə 241 milyon 221 min manat cəmi aktivlərə malik olub. Bu, 2023-cü ilin sonu (169 milyon 46 min manat) ilə müqayisədə 72 milyon 175 min manat (42,7%) artım deməkdir.
Bundan cəmi uzunmüddətli aktivlər 72 milyon 448 min manat təşkil edib. Bu, il ərzində 32 milyon 294 min manat, və ya 80,4% artımdır. Artım tamamilə torpaq, tikili və avadanlıqların dəyərinin yüksəlməsi hesabına baş verib.
Cəmi qısamüddətli aktivlər isə 168 milyon 773 min manata bərabər olub. Bu, 2023-cü ildəki 128 milyon 892 min manatla müqayisədə 39 milyon 881 min manat (30,9%) artımdır.
“Nort Vest Konstrakşn”ın ehtiyatları 5 milyon 921 min manat (43,7%) artaraq 19 milyon 457 min manata çatıb.
Qısamüddətli debitor borcları 79 milyon 364 min manata bərabər olub. İl ərzində 53 milyon 692 min manatlıq və ya təxminən 3,1 dəfə artım baş verib.
“Nort Vest Konstrakşn”ın pul vəsaitləri və onların ekvivalentlərində 9 milyon 32 min manat və ya təxminən 2,4 dəfə artım baş verib və 15 milyon 323 min manata çatıb. Sair qısamüddətli maliyyə aktivləri 2023-cü ildə 47 milyon 546 min manat təşkil etdiyi halda, 2024-cü ildə tamamilə ləğv olmayıb.
Sair qısamüddətli aktivlər isə 54 milyon 628 min manata bərabər olub, 18 milyon 780 min manat (52,4%) artıb.
“Nort Vest Konstrakşn” 2024-cü ilin sonu üzrə 197 milyon 151 min manat cəmi öhdəliklərə malik olub Bu, 2023-cü ilin sonundakı 125 milyon 556 min manat ilə müqayisədə 71 milyon 595 min manat (57%) artım deməkdir.
Cəmi uzunmüddətli öhdəliklər yalnız uzunmüddətli kreditor borclarından ibarət olub və hesabat dövründə 121 milyon 574 min manat təşkil edib. 2023-cü illə müqayisədə 98 milyon 484 min manat və ya təxminən 5,3 dəfə kəskin artım baş verib
“Nort Vest Konstrakşn”ın cəmi qısamüddətli öhdəliklər isə 26 milyon 889 min manat (26,2%) azalaraq 75 milyon 577 min manata enib
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 2023-cü ildə 7 milyon 762 min manat, qısamüddətli qiymətləndirilmiş öhdəliklər 15 milyon 58 min manat olsa da, 2024-cü ildə tamamilə sıfırlanıb olmayıb.
“Nort Vest Konstrakşn”ın vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 5 milyon 691 min manata bərabər olub. Bu, əvvəlki illə müqayisədə 5 milyon 80 min manat və ya təxminən 9,3 dəfə kəskin artıb.
Qısamüddətli kreditor borcları 21 milyon 650 min manat (39,2%) azalaraq 33 milyon 560 min manata düşüb.
Sair qısamüddətli öhdəliklər isə 12 milyon 501 min manat (52,5%) artaraq 36 milyon 326 min manata yüksəlib.
“Nort Vest Konstrakşn”ın cəmi kapitalı 44 milyon 71 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 580 min manat (1,3%) artıma bərabər olub.
Ödənilmiş nominal (nizamnamə) kapitalı 140 min manat səviyyəsində dəyişməyib.
Bölüşdürülməmiş mənfəət 43 milyon 931 min manata bərabər olub, il ərzində 580 min manat (1,3%) artıb.
Qeyd edək ki, "Nort Vest Konstrakşn" MMC 27 dekabr 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti 153, qanuni təmsilçisi Bədəlov Elşən Tofiq oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.




















