Dövlətə məxsus “Azərişıq” ASC 2023-cü ili maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 14 milyon 728 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 56 milyon 257 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərişıq” şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 41 milyon 529 min manat və ya 3,8 dəfə azalıb. Hesabat dövründə şirkət 16 milyon 844 min manat xalis mənfəət ödəyib.
, "Azərişıq” ASC-nin satışdan gəlirləri 1 milyard 619 milyon 317 min manata bərabər olub. Gəlirlər ilik müqayisədə 78 milyon 898 min manat və ya 5,1% artıb.
Satışın maya dəyəri isə 1 milyard 379 milyon 874 min manat təşkil edib ki, bu da illik müqayisədə 61 milyon 33 min manat və ya 4,6% çoxdur.
Ümumi mənfəət isə 17 milyon 865 min manat və ya 8,1% artaraq 239 milyon 497 min manata yüksəlib.