Sahibkarlığın İnkişafı Fondu ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, Fond ötən ili 12 milyon 503 min manat xalis mənfəətlə yekunlaşdırıb, 2 milyon 605 min manat mənfəət vergisi ödəyib. Vergi ödəmələri son bir ildə 1 milyon 470 min manat və ya 2,3 dəfə artıb.
Fondun faiz gəlirləri 20 milyon 341 min manat, digər əməliyyat gəlirləri 438 min manat, əməliyyat gəliri 20 milyon 779 min manat olub. İllik müqayisədə faiz gəlirləri 7 milyon 31 min manat (52,8%), əməliyyat gəliri 14 milyon 375 min manat (44,5%) artıb.
Hesabat dövründə əməliyyat xərcləri 766 min manat və ya 11,5% artaraq 7 milyon 442 min manata yüksəlib.
Fond ötən il 1 milyard 11 milyon 496 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 59 milyon 605 min manat və ya 6,3% artıb.
Aktivlərin 149 milyon 81 min manatı nağd pul vəsaitlərinin, 84 milyon 456 min manatı banklarda olan depozitlərin, 89 milyon 326 min manatı investisiya qiymətli kağızlarının, 680 milyon 693 min manatı kredot təşkilatlarına verilmiş kreditlərin, 7 milyon 830 min manata əmlak, avadanlıq və qeyr-maddi aktivlərin, 110 min manatı isə digər aktivlərin payına düşüb.
İllik müqayisədə nağd pul vəsaitləri 5 milyon 511 min manat (3,8%), banklarda olan depozitlər 18 milyon 761 min manat (28,6%), investisiya qiymətli kağızları isə 55 milyon 628 min manat (2,6 dəfə) artıb.
Fondun öhdəlikləri 817 min manat (42 dəfə) artaraq 837 min manata, balans kapitalı 58 milyon 788 min manat (6,2%) artaraq 1 miyard 10 milyon 659 min manata çatıb.