“Bakı Polad Burazlar” ASC 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 3 min manat zərərlə başa vurub. Şirkətin zərəri son bir il ərzində 70,1 min manat və ya 24,3 dəfə azalıb.
Şirkətin ötən il əsas əməliyyat gəlirləri 7,4 min manat, satışın maya dəyəri 481,8 min manat, ümumi mənfəəti isə 256,6 min manat təşkil edib.
İllik müqayisədə gəlirlər 806,4 min manat (110 dəfə) azalıb, satışın maya dəyəri 40,5 min manat (9,2%) artıb, ümumi mənfəətdə 116 min manat və ya 31,1% azalma baş verib.
Şirkətin sair əməliyyat gəlirləri 8 min manat, xərcləri 31 min manat, inzibati xərcləri 236,6 min manat, ümumi əməliyyat zərəri isə 3 min manat təşkil edib.
Əməliyyat gəlirlərində 3,4 min manat və ya 73,9% baş verib. Xərclərdə 8 min manat (20,5%), inzibati xərclərdə 147,7 min manat (42,5%), əməliyyat zərərində 70,1 min manat və ya 24,3 dəfə azalma qeydə alınıb.
“Bakı Polad Burazlar” ötən il 333,5 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 817,5 min manat və ya 3,4 dəfə azalıb.
Şirkətin öhdəlikləri 817,6 min manat və ya 5 dəfə azalaraq 203,1 min manata düşüb.
Balans kapitalı isə cəmi 1 manat azalaraq 130 min 349 manata düşüb.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi isə dəyişməyərək 62 min 284 min manat olaraq qalıb.