Avropalı turistlərin qonaqladıqları oteldən ən çox özləri nə apardıqları məlum olub. Belə ki, turistlər Avropa otellərindən ən çox məhrəba, xalat və asılqan oğurlayırlar.
FED.az xəbər verir ki, Wellness Heaven mərkəzinin mütəxəssisləri Avropada 1160 otel arasında sorğu aparıblar. Araşdırma otel qonaqlarının ən çox nəyi özləri ilə apardıqları barədə olub.
Eləcə də bax:Turistlərin yeməyə ən çox - PUL XƏRCLƏDİYİ RAYONLAR
Sorğudan mələm olub ki, ən bahalı əşyalar bir qədər dəbdəbəli otellərdən oğurlanır. Mütəxəssislərin gəldiyi nəticəyə görə, otel qonaqlarının 77,5%-i xalat, 65,1%-i məhrəba oğurlayıblar.
Sorğudan məlum olur ki, oteldə qalan qonaqların 49,3% asılqan, 39,1%-i qələm, 33,6%-i masa əşyaları, 32,8%-i kosmetik ləvazimatlar,22%-i batareyka, 20,2%-i incəsənət əşyaları, -15,6%“odyal”, 14,3%-i yasdıq, 11-ci yeri isə 12,7%-lə qab-qacaq tutub.
Bundan başqa respondentlərin 12%-i bildirib ki, otel qonaqları planşet, 9,1% televizorun pultunu 8,4%- fen,7,3% lampoçka, 6,9% kofe maşınları, 6,1% televizor, 4,8% telefon, 4,3% stolüstü lampa oğurlayıblar.
Adi əşyalarla yanaşı otel qonaqlarının qeyri-adi və təəcübləndirici əşyaları zöləri ilə aparıblar.
Ən qeyri-adi oğurluqlar arasında vanna otağının santexnikası, royal, musiqi mərkəzi, qapı üzərində olan nömrə, çöldonuzu müqəvvası, masa qabqacağı və gül olub.
Eləcə də bax:Azərbaycanda hansı rayonda otellərin – NƏ QƏDƏR QAZANDIĞI MƏLUM
Wellness Heaven rəsmilərinin dediklərinə görə, oğruları milliyətinə görə, ayırsaq almanlar ən çox xalat, məhrəba, kosmetika, dəsmal oğurlayırlar. Avstriyalılar kofehazırlayan və qabqacaq oğurlayırlar. İtaliyalılar daha çox qədəh, isveçrəlilər fen oğurlayırlar. Fransızlar oğurluqda xüsusi seçiliblər. Onlar daha çox televizor pultu oğurlayıblar. Niderlandlılar isə lampa və tualet kağızı oğurlamağa üstünlük verirlər.
Wellness Heaven-nin analitikləri bildiriblər ki, 5 ulduzlu otellərin qonaqları daha baha əşyalara oğurlayırlar. Bununla bağlı 634 4*, 523 5* oteldə sorğu aparıblar.
5 ulduzlu otellərin qonaqlarının daha çox incəsənət əşyaları, planşetlər, kofehazırlayanlar, 4 ulduzlu otel qonaqları isə daha çox dəsmal, asılqan, pul , batareyka, deyə Wellness Heaven-in analitikləri bildirib.