Bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 987 min 179 nəfər olub.
Çindən Azərbaycana turist axını sürətlənib – Sentyabrda 28% artım
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 min 65 nəfər və ya 1,4% daha azdır.
Belə ki, 2025-ci ilin ilk 9 ayında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 1 milyon 1 min 244 nəfər olmuşdu.
Bu il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının böyük hissəsi 23%-i 36-45 yaş aralığındakı şəxslər olub. Belə ki, bu şəxslər ümumi ziyarətçilərin 226 min 916 nəfərini təşkil edib.
Bundan başqa, 17 yaşadək şəxslərin sayı 93 min 485 nəfər, 17-25 yaş aralığında olan şəxslərin sayı 155 min 967 nəfər, 26-35 yaş aralığında olan şəxslərin sayı 192 min 568 nəfər, 46-55 yaş aralığında olan şəxslərin sayı 188 min 190 nəfər, 56-65 yaş aralığında olan şəxslərin sayı 86 min 162 nəfər, 65 yaşdan yuxarı olan şəxslərin sayı 13 min 891 nəfər olub.














