Azərbaycanda yollarda tıxacların azaldılması üçün tətbiq edilmiş tədbirlərdən biri – işçilərin fərqli saatlarda işə gəlməsi qaydasının müddəti uzadılıb.
FED.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarının vaxtı 2027-ci ilin yanvarın 31-dək uzaddılıb.
Xatırladaq ki, sözügedən qərara əsasən büdcə təşkilatlarının əməkdaşlarının iş rejimi ənənəvi 9.00-18.00-dən fərqli olaraq müəyyən edilib. Belə ki, əməkdaşların iş rejimiləri 08.00-17.00, 09.00-18.00 və 09.30-18.30 kimi müəyyən edilib.













