Monteneqro Prezidenti Yakov Milatoviç ölkəsinin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq etməyə başlamasına münasibət bildirib.
Monteneqroya viza almaq qaydaları açıqlandı
FED.az xəbər verir ki, Yakov Milatoviç Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Monteneqro bu il noyabrın 1-dən etibarən Avropa İttifaqına üzvlük prosesinin bir hissəsi olaraq viza rejimini tam şəkildə Avropa İttifaqının viza rejiminə uyğunlaşdırıb.
“Bu, Avropa İttifaqına uğurlu üzvlük prosesimizin tərkib hissəsidir. Bizdən tələb olunan məhz bu idi və biz bunu həyata keçirmişik”, - o məsələyə aydınlıq gətirib. (Apa)














