Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir.
FED.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı SOCAR-dan bildirilib.
Qeyd olunub ki, muxtar respublikanın tələbatı tam həcmdə ödənilir.
Yayılan xəbərlərə görə, Naxçıvanda yanacaq qıtlığı yaranıb. İddia olunur ki, Türkiyənin TIR isürücüləri yanacağı buradan alıb Türkiyədə baha qiymətə satırlar.













