Bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının çoxu – 59,6%-i və ya 588 min 454 nəfəri kişilər olub.
Xaricə səfər edən azərbaycanlıların çoxu – 36-45 YAŞ ARALIĞINDADIR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə səfər edən kişilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 90 nəfər (1,5%) azalıb.
Hesabat dövründə xaricə səfər edənlərin 40,4%-i – 398 min 725 nəfərini qadınlar təşkil edib. Bu da, illik müqayisədə 4 min 975 nəfər (1,2%) daha azdır.
Qeyd edək ki, ötən ilin eyni dövründə xaricə səfər edənlərin 597 min 544 nəfəri (59,7%-i) kişilər, 403,7 min nəfəri (40,3%-i) qadınlar olmuşdu.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 987 min 179 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 min 65 nəfər və ya 1,4% daha azdır. Belə ki, 2025-ci ilin ilk 9 ayında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 1 milyon 1 min 244 nəfər olmuşdu.














