Prezident İlham Əliyev Diasporla iş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərmanına dəyəşiklik edib.
FED.az xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 13-cü bəndinin birinci cümləsində “iki” sözü “üç” sözü ilə əvəz edilsin.
Xatırladaq ki, həmin cümlə komitə sədrinin müavinlərinə aid idi.
Əvvəlki varianta əsasən Diasporla iş üzrə Dövlət Komitəsinin sədrinin 3 müavini ola bilərdi, bunlardan biri birinci müavin, 2-si adi müavin sayılırdı. İndi isə komitə sədrinin adi müavinlərinin sayı 3-ə, beləliklə ümumi müavin sayı 4-ə qaldırılıb.













