Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib.
FED.az xəbər verir ki, “Armenpress”in məlumatına görə, o bu barədə hökumətin iclasında danışıb.
N.Paşinyan təklifi səsləndirərək yeni Konstitusiya rədd ediləcəyi təqdirdə istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə hökumət başçısı postuna namizəd olmayacağını bildirib:
“Müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd edərsə, istefaya yollanacağam. Yox əgər xalq “hə” desə, növbəti seçkilərdə Baş nazir postuna namizəd olmayacağam”.
Onun sözlərinə görə, yeni Konstitusiyanın ilkin layihəsi gələn həftə dərc olunacaq.













