Bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 24 min 814 nəfəri müalicə almaq məqsədi ilə gedib.
Hotel və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, xaricə müalicə almaq üçün gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 867 nəfər və ya 28,5% azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan müalicə məqsədi ilə gedənlərin sayı 34 min 681 nəfər olmuşdu.
Hesabat dövründə müalicə məqsədi ilə xaricə gedən Azərbaycan vətəndaşlarının 18 min 532 nəfəri Türkiyəyə, 2 min 297 nəfəri Rusiyaya, 2 min 140 nəfəri Gürcüstana, 520 nəfəri İrana, 376 nəfəri Almaniyaya, 229 nəfəri Çexiyaya, 187 nəfəri Çinə, 164 nəfəri İsrailə, 369 nəfəri digər ölkələrə səyahət edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 987 min 179 nəfər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14 min 65 nəfər və ya 1,4% daha azdır. Belə ki, 2025-ci ilin ilk 9 ayında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının sayı 1 milyon 1 min 244 nəfər olmuşdu.














