Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi, onların maliyyə xidmətləri ilə bağlı müraciətlərinə yerində baxılmasının təmin edilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində növbəti səyyar görüş Xankəndi şəhərində keçirilib.
Mərkəzi Bankdan FED.az-a bildirilib ki, görüş zamanı vətəndaşların müraciətləri əsasən kreditlər, kredit öhdəlikləri üzrə güzəşt istəyi və digər əlaqəli məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən səsləndirilən məsələlərə dair qanunvericiliyə uyğun müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti üzrə icraya götürülüb.
Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi, onların müraciətlərinin yerində dinlənilməsi və maliyyə xidmətlərinə çıxışla bağlı məsələlərin öyrənilməsi məqsədilə regionlarda səyyar görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
Vətəndaşlar Mərkəzi Bankın səyyar görüşləri və xidmətləri ilə bağlı müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə və ya "966" Çağrı Mərkəzi vasitəsilə ünvanlaya bilərlər.













