Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 175,3 milyon ABŞ dolları olan 4 888 ədəd minik avtomobili ixrac edilib.
Azərbaycanda avtomobillərin median qiyməti 19 500 manata yüksəlib
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
Avtomobillərin dəyəri illik nisbətdə 3,13%, sayı isə 1 883 ədəd və yaxud 27,81% azalıb.
İlk 10 ayda Gürcüstandan ümumilikdə 1 milyard 721 milyon ABŞ dolları dəyərində 69 925 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7%-i Azərbaycanın payına düşüb. (Apa)













