24–25 noyabr 2026-cı il tarixlərində Bakı şəhərində, Baku Marriott Hotel Boulevard mehmanxanasında “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar” mövzusunda X Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
FED.az xəbər verir ki, forumun açılış mərasimi 24 noyabr saat 09:00-da başlayacaq.
Forum çərçivəsində bankçılıq sektorunun gələcəyi, rəqəmsal transformasiya, süni intellektin maliyyə xidmətlərində tətbiqi, ödəniş sistemlərinin inkişafı, kibertəhlükəsizlik, maliyyə texnologiyaları, açıq bankçılıq, alternativ maliyyələşmə mexanizmləri və dayanıqlı maliyyə kimi aktual mövzular müzakirə olunacaq.
Tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının, bankların, fintech şirkətlərinin və digər aidiyyəti təşkilatların nümayəndələri iştirak edəcəklər.















