Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş əcnəbilərn və vətəndaşlığı olmayan şəxslər ölkədə 5 milyon 829 min 556 gecə keçirib.
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 7 %-ə yaxın azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycana gələn turistlərin böyük hissəsi 33,3%-i və ya 1 milyon 940 min 111 nəfəri özünə və ya ailə üzvlərinə məxsus mənzillərdə keçirib.
Bundan başqa, 1 milyon 875 min 523 min nəfər mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə, 859 min 423 nəfər kirayə götürülmüş evlərdə, 1 milyon 154 min 499 nəfər qohumların və ya dostların evində qalıb.














