2026-cı ildə təsdiq edilmiş sahil zolağının dənizin quru ilə təmas xəttindən etibarən, 753 kilometr sahilboyu ərazi üzrə keçirilən monitorinq nəticəsində Xəzərin çəkilməsi ilə əlaqədar 20 min 406 hektar əlavə quru ərazilərin yarandığı müəyyən edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər Dənizinin Sahilboyu Ərazilərinin İdarəedilməsinin Təşmilləşdirilməsi ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, 2025-ci ildə sahilboyu ərazilərin təhlili və bu ərazilərlə bağlı təkliflərin hazırlanması məqsədilə 19 dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılıb:
"İşçi qrupuna sahilboyu ərazilərdə vahid dövlət siyasətinin və idarəetmənin təşkili, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üzrə dövlət nəzarətinin gücləndirilməsi tapşırılıb.
Bununla yanaşı, qrupun qarşısına ekoloji sabitliyin təmin edilməsi, sahilboyu ərazilərin dayanıqlı planlaşdırılması və qanunsuz zəbt hallarının qarşısının alınması ilə bağlı təkliflərin hazırlanması vəzifəsi qoyulub".













