"Sahilboyu ərazilərdə müəyyən edilmiş 3 min 200-dən çox özbaşına tikintinin əksəriyyəti isə qüvvədə olan normativ hüquqi aktlara əsasən, Xəzər dənizinin sahil mühafizə zolağında inşa edilmiş yaşayış və qeyri-yaşayış obyektləridir".
Sahilboyu ərazilərdə tikilən qanunsuz tikililərin sayı - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Fərid Cəfərov Xəzər Dənizinin Sahilboyu Ərazilərinin İdarəedilməsinin Təşmilləşdirilməsi ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, həmin tikililərin böyük hissəsi kommersiya məqsədilə inşa olunub.
"Gələcəkdə həm bu sahənin tənzimlənməsinə dair normativ hüquqi aktların yenilənməsi, həm də fərmanla Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş tapşırıq çərçivəsində ərazilərin xəritələrinin və obyektlərin dəqiqləşdirilməsi, rəqəmsallaşdırılması həyata keçiriləcək. Bundan sonra mövcud vəziyyətlə bağlı daha dəqiq mənzərə ortaya çıxacaq", - deyə, o, əlavə edib.













