COP 29 üçün ölkəmizə on minlərlə qonaq gələcək. Bu, Bakı və Abşeron yarmadasındakı otel və mehmanaxana tipli yerlərlə yanaşı kirayə mənzil bazarını da canlandıra bilər.
Azərbaycanda hotellərdə qiymətlər artır - VİDEO
FED.az xəbər verir ki, əmlak ekspertləri deyir ki, Bakıdakı bəzi binalardakı boş mənzillər vətəndaşlardan kirayə götürülərək qonaqlar yerləşdirilə bilər.
Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, tələbin çox olmasına görə kirayə mənzillərlə yanaşı, müəyyən dövlət qurumlarının balansında olan mənzil fondlarının da istifadə oluna bilər.
Ekspert vurğuladı ki, paytaxtın mənzil fondu kifayət qədər zəngin olduğu üçün, qonaqların yerləşdirilməsində hansısa çətinliyin yaranması gözlənilmir.
Bu il 10 minlərlə insanın Bakıdakı COP 29 tədbirində iştirakı gözlənilir. Belə olan halda Bakı və Abşeron yarımadasında olan otellər bu tələbatı qarşılaya biləcəkmi? (Xezerxeber.az)