Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların turizm məqsədilə çəkdikləri xərcin həcmi 841 milyon 709,3 min manat təşkil edib. Xaricə gedən azərbaycanlı turistlərin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 111 milyon 321,5 min manat və ya 11,7% azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, turistlərin ən az pul xərclədikləri ölkə Bəhreyn olub. Cari ilin ilk altı ayında bu ölkədə xərclənmiş pulun miqdarı 92,3 min manat olub. Bu, 2025-ci ilin eyni dövrünə nəzərən 468,8 min manat və ya 6,1 dəfə daha azdır. Belə ki, azərbaycanlı turistlər ötən ilin ilk yarısında Bəhreyndə 561,1 min manat xərcləmişdi.
Turistlərin az pul xərclədiyi ikinci ölkə Niderland olub. Bu ölkədə 6 ayda 113,6 min manat xərclənib ki, bu da, illik müqayisədə 223,7 min manat, yaxud da 3 dəfə azalma deməkdir. Halbuki, ötən ilin eyni dövründə bu ölkədə 337,3 min manat xərclənmişdi.
Lüksemburqda xərclənən pulun məbləği 136,5 min manat olub ki, bu da, illik müqayisədə 202,7 min manat (2,5 dəfə) azdır. 2025-ci ilin ilk yarısında Lüksemburqda 339,2 min manat xərclənmişdi.
Siyahının dördüncü yerində 213,3 min manat xərclə Koreya, beşinci yerində 236,3 min manat xərclə Türkmənistan qərarlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə azərbaycanlı turistlərin Koreyadakı xərcləri 37,5 min manat (21,3%) artıb, Türkmənistandakı xərcləri 7 milyon 979,7 min manat (34,8 dəfə) azalıb.
Xatırladaq ki, 2025-ci ilin ilk yarısında azərbaycanlı turistlər Koreyada 175,8 min manat, Türkmənistanda 8 milyon 216 min manat pul xərcləmişdi.













