“Hayat Park Residence” MMC nizamnamə kapitalını azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 98 milyon 702 min manatdan 2 min manata, - yəni 98 milyon 700 min manat azaldılır.
Qeyd edək ki, “Hayat Park Residence” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Babazadə Şamil Babək oğludur.












