Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqədar əmlakınızın və biznes fəaliyyətinizin mümkün risklərdən qorunması məqsədilə qabaqlayıcı tədbirlər görmək tövsiyə edilir.
Xüsusilə aşağıdakı məqamların əvvəlcədən yoxlanılması faydalı ola bilər:
- Dam və fasadlarda su sızmasına səbəb ola biləcək zəif nöqtələrin yoxlanılması;
- Yağış sularının axıdılması sistemlərinin, drenaj xətlərinin təmiz və işlək vəziyyətdə saxlanılması;
- Zirzəmi, anbar və digər həssas sahələrdə su basması riskinin qiymətləndirilməsi;
- Elektrik avadanlıqları və digər həssas aktivlərin mümkün su təmasından qorunması;
- Açıq ərazilərdə yerləşən avadanlıq və materialların təhlükəsiz şəkildə yerləşdirilməsi;
- Fövqəladə vəziyyət zamanı məsul şəxslərin və əlaqə vasitələrinin əvvəlcədən müəyyənləşdirilməsi.
Bu sadə qabaqlayıcı tədbirlər mümkün zərərin qarşısının alınmasına və ya təsirinin minimuma endirilməsinə kömək edə bilər.














