Bu ilin yanvar-iyul aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 907 min 242 nəfər olub.
Azərbaycanlıların xarici səfərləri azalıb – İRANA GEDƏNLƏR 41% AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 133 min 406 nəfər və ya 12,8% daha az olub.
Bu ilin hesabat dövründə Azərbaycana gələ turistlərin 198 min 660 nəfəri işgüzar məqsədlə, 522 min 476 nəfəri istirahət və əyləncə məqsədilə, 143 min 769 nəfəri qohumlara, dostlara baş çəkmək məqsədilə, 11 min 296 nəfəri müalicə məqsədilə, 1 560 nəfəri dini ziyarət məqsədilə, 2 min 153 nəfəri mağazalara baş çəkmək məqsədilə, 25 min 265 nəfəri tranzit məqsədilə, 2 min 63 nəfəri digər turizm məqsədilə gəlib.
Ötən ilin eyni dövrü ilə müqayisədə işgüzar məqsədlə gələn turistlərin sayı 22 min 326 nəfər (10,1%), istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı 124 min 927 nəfər (19,3%), müalicə məqsədi ilə gələn turistlərin sayı 714 nəfər (5,9%), mağazalara baş çəkmək məqsədilə gələn turistlərin sayı 90 nəfər (4%), digər turizim məqsədilə gələn turistlərin sayı 27 nəfər (1,3%) azalıb.
Qohumlara, dostlara baş çəkmək məqsədilə gələn turistlərin sayı 7 min 838 nəfər (5,8%), dini ziyarət məqsədilə gələn turistlərin sayı 378 nəfər (32%), tranzit məqsədilə gələn turistlərin sayı 6 min 462 nəfər (34,4%) artıb.













