"TuranBank”da Beynəlxalq Maliyyə İnstitutları Departamentinin direktor müavini vəzifəsinə təyinat olub.
FED.az xəbər verir ki, bu vəzifəyə Tamilla Qasımova gətirilib.
T.Qasımova bundan əvvəl “TuranBank”da Maliyyə İnstitutları və Ticarətin Maliyyələşdirilməsi şöbəsinin müdiri, həmin şöbənin müdir müavini və meneceri, Sənədli Əməliyyatlar şöbəsinin baş mütəxəssisi, Müxbir Əlaqələri və Klirinq şöbəsinin böyük mütəxəssisi vəzifələrində çalışıb.
2010-2012-ci illərdə isə “Rabitabank” ASC-nin Maliyyə nəzarəti şöbəsində mütəxəssis kimi fəaliyyət göstərib.
O, Azərbaycan Dövlət Neft Akademiyasında neft və qaz hasilatı sənayesində mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə 2005-2009-cu illərdə bakalavr və 2009-2011-ci illərdə isə magistr təhsili alıb. İngilis və rus dillərini bilir.













