Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi tərəfindən dövlət satınalmaları üzrə «etibarsız təchizatçılar» siyahısı yenilənib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda Agentliyin «qara siyahı»sında olan şirkətlərin sayı 17-dir.
Bəzi şirkətlərə qoyulan qadağanın vaxtı bitdiyi üçün bu siyahıdan çıxarılıb, bəziləri isə yeni əlavə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu siyahıya iki yeni şirkət «Create İndustry» MMC və «SPC» QSC əlavə edilib. Şirkətlərin sövdələşmədən imtina etməsi səbəbindən onların tenderlərdə iştirakı 2027-ci ilin 24 fevral tarixinə qədər qadağan edilib.
«Best Auto Service» MMC və «El Art Travel» MMC müqavilə öhdəliklərinə əməl etmədiyi üçün 2028-ci ilin fevral ayının 6-a qədər cəzalandırılıb.
Bundan başqa, «Flora Holland» MMC ilə «Lusso Group» MMC saxta sənəd təqdim olunması ilə bağlı 2027-ci ilin avqustun 6-a qədər tenderlərdə iştirak edə bilməyəcək.
«Etibarsız təchizatçılar» siyahısında «CE Parts» MMC və «AMET Services» MMC də var ki, bu şirkətlər də maraqların toqquşması halı ilə bağlı bu ilin dekabr ayının 16-a qədər tenderlərdə iştirak edə bilməyəcək.
«Az-Biznes Servis» MMC və «R-Biznes Serviz» MMC də sövdələşmədən imtina etdiyi üçün 2027-ci ilin 14 may tarixinə qədər cəzalandırılıb.
Sənədlərin saxtalaşdırılması ilə bağlı bu siyahıya əlavə edilən digər şirkət də «Dream Contruction Company» MMC olub. Şirkətin tenderlərdə iştirakı 2027-ci ilin 24 fevral tarixinə qədər dayandırılıb.
Daha 4 şirkət və iki fiziki şəxs müqavilənin icrasından imtina etdiyi üçün Agentliyin «qara siyahı»sına düşüb. Bununla bağlı olaraq, «Dasta Group» MMC ilə «Attx Tender» MMC gələn ilin 5-ə avqustuna qədər, fiziki şəxs Şamil Rahim oğlu Abdullayev gələn ilin iyul ayının 29-a qədər, «Ricon» MMC gələn ilin iyul ayının 26-a qədər, fiziki şəxs Emin Osman oğlu Qələndərli gələn ilin iyul ayının 15-ə qədər və «Blue Diamon» MMC gələn ilin iyun ayının 19-a qədər tenderlərdə iştirak edə bilməyəcək.
|
S/N |
Təchizatçı təşkilatın |
VÖEN |
Dərc olunma |
Səbəb |
Başlama tarixi |
Bitmə tarixi |
|
1 |
"Create İndustry" MMC |
1504431421 |
01.10.2026 |
Sövdələşmədən imtina |
30.09.2026 |
24.02.2027 |
|
2 |
"SPC" QSC |
2904001281 |
01.10.2026 |
Sövdələşmədən imtina |
30.09.2026 |
24.02.2027 |
|
3 |
"Best Auto Service" MMC |
1306258141 |
07.08.2026 |
Müqavilə öhdəliklərinə əməl olunmaması |
06.08.2026 |
06.02.2028 |
|
4 |
"Flora Holland" MMC |
1405674931 |
07.08.2026 |
Saxta sənəd təqdim olunması |
06.08.2026 |
06.08.2027 |
|
5 |
"Lusso Group" MMC |
0 201539501 |
07.08.2026 |
Saxta sənəd təqdim olunması |
06.08.2026 |
06.08.2027 |
|
6 |
"El Art Travel" MMC |
1504696191 |
07.08.2026 |
Müqavilə öhdəliklərinin icrasına əməl olunmaması |
06.08.2026 |
06.02.2028 |
|
7 |
“CE Parts" Məhdud MMC |
1405421941 |
18.06.2026 |
Maraqların toqquşması halı |
16.06.2026 |
16.12.2026 |
|
8 |
“AMET Services" MMC |
1302992001 |
18.06.2026 |
Maraqların toqquşması halı |
16.06.2026 |
16.12.2026 |
|
9 |
“Az-Biznes Servis" MMC |
3700206371 |
15.05.2026 |
Sövdələşmədən imtina |
14.05.2026 |
14.05.2027 |
|
10 |
“R-Biznes Serviz" MMC |
3700175911 |
15.05.2026 |
Sövdələşmədən imtina |
14.05.2026 |
14.05.2027 |
|
11 |
"Dream Contruction Company" MMC |
1402827641 |
25.02.2026 |
Sənəd saxtalaşdırma |
24.02.2026 |
24.02.2027 |
|
12 |
"Dasta Group" MMC |
1007710681 |
06.02.2026 |
Müqavilənin icrasından imtina |
05.02.2026 |
05.08.2027 |
|
13 |
"Attx Tender" MMC |
1507053841 |
04.02.2026 |
Müqavilənin icrasından imtina |
04.02.2026 |
04.08.2027 |
|
14 |
Şamil Rahim oğlu Abdullayev |
6400646792 |
30.01.2026 |
Müqavilənin icrasından imtina |
29.01.2026 |
29.07.2027 |
|
15 |
"Ricon" MMC |
1900014631 |
27.01.2026 |
Müqavilənin icrasından imtina |
26.01.2026 |
26.07.2027 |
|
16 |
Emin Osman oğlu Qələndərli |
1901983652 |
15.01.2026 |
Müqavilənin icrasından imtina |
15.01.2026 |
15.07.2027 |
|
17 |
"Blue Diamon" MMC |
5300722751 |
19.12.2025 |
Müqavilənin icrasından imtina |
19.12.2025 |
19.06.2027 |













