Xalq Bank
Xəzinədarlıq İdarəsinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi
Son tarix 02 noy 2026 - Müraciət et
Təsvir
- Müxbir hesab qalıqlarının monitorinqini aparmaq;
- Bankın yüksək likvidli və cari öhdəliklərinə nəzarət etmək, ani likvidlik hesabatlarının hazırlayıb rəhbərliyə və Mərkəzi Banka təqdim edilməsi;
- Bankın cəlb edilmiş və yerləşdirilmiş vəsaitlər üzrə gəlirlilik faizlərinin hesablayıb təhlil etmək;
- “GAP” analizi və bankın uzunmüddətli likvidlik proqnozlarını hazırlamaq;
- Kapitalın səmərəli idarə edilməsinin təmin olunması;
- Aktivlər və Passivlərin idarə edilməsi komitəsinə və rəhbərliyə təqdim etmək üçün tələb olunan hesabatları hazırlamaq;
- Aktiv və Passivlərin İdarəedilməsi üzrə daxili qaydalar, metodologiyaların hazırlanmasında iştirak etmək və onların bankın strateji məqsədlərinə uyğun şəkildə tətbiqini təmin etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq;
Tələblər
- İqtisadiyyat, maliyyə və risklərin idarə edilməsi istiqaməti üzrə ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək);
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Kompüter bilikləri (MS Excel yüksək səviyyədə);
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













