Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin ilk yarısında əmək haqqına çəkdikləri xərclər açıqlanıb.
Bankların əmək haqqı xərcləri açıqlandı – 2 BANKDA 100 MİLYON MANATI KEÇİR
Əmək haqqı xərclərinin həcminə görə – BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.az bankların 30 iyun 2026-cı il tarixinə əmək haqqı xərclərinin həcminə görə renkinqini təqdim edib. Araşdırma göstərir ki, ölkədə əmək haqqına ən az pul xərcləyən bank «Bank Avrasiya»dır.
Belə ki, 2026-cı ini ilk yarısında bu bank əməkdaşlarının maaşlarına cəmi 2 milyon 277 min manat sərf edib. Bu – ayda təqribən 380 min manat deməkdir.
Əmək haqqı xərclərinin azlığına görə 2-ci yeri “Azərbaycan Sənaye Bankı” tutur – sənayeçilərdə bu göstərici 4 milyon 147 min manatdır. “Premium Bank” da əmək haqqı xərcləri ən az olan bankların sırasına düşüb – burada 6 aylıq xərc 4 milyon 171 min manatdır. Yəni aylıq təqribən 696 min manat.













