Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşları Türkmənistanda 236,3 min manat pul xərcləyib.
Azərbaycanlı turistlərin ən az pul xərclədiyi 5 ölkə - SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, azərbaycanlı turistlərin bu ölkədə xərclədiyi pulun miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 979,7 min manat və ya 34,8 dəfə azalıb.
Xatırladaq ki, 2025-ci ilin ilk yarısında azərbaycanlı turistlər Türkmənistanda 8 milyon 216 min manat pul xərcləmişdi.
Qeyd edək ki, hesabat dövründə azərbaycanlı turistlərin ən çox pul xərclədiyi ölkə 344 milyon 328,7 min manatla Türkiyə, ən az pul xərclədiyi ölkə 92,3 min manatla Bəhreyn olub.
Ümumi olaraq, bu ilin yanvar-iyun aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşların turizm məqsədilə çəkdikləri xərcin həcmi 841 milyon 709,3 min manat təşkil edib. Xaricə gedən azərbaycanlı turistlərin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 111 milyon 321,5 min manat və ya 11,7% azalıb.













