“Süsən Aqro” MMC (VÖEN: 1501826371) nizamnamə kapitalını azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 milyon 100 manatdan 4 milyon 730 min 600 manata, - yəni 5 milyon 269 min 500 manat azaldılır
“Şirkətin nizamnamə kapitalı azaldılaraq, hər biri 1 AZN olan 4.730.600 paydan ibarət olmaqla, 4 milyon 730 min 600 manat həcmində müəyyən edilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Süsən Aqro” MMC Ağsu rayonu ərazisində dənli bitkilərin yetişdirilməsi və taxıl toxumçuluğu fəaliyyəti ilə məşğuldur. Şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Məmmədov Ramil Edilman oğludur.












