Azərbaycanda “Sizin Lombard” brendi ilə lombard fəaliyyəti (qızıl girovu əsasında qısamüddətli kreditlərin verilməsi – red FED.az) göstərən “GL” ASC işçilərini ixtisar edib.
FED.az biznes və maliyyə xəbərləri portalının əldə etdiyi məlumata görə, bu ilin ikinci rübünün sonunda şirkətin işçilərinin sayı 47 nəfər və ya 9,8% azalaraq 431 nəfərə düşüb. Şirkətin əməkdaşlarının 41 nəfəri bu ilin birinci rübündə, 6 nəfəri isə cari ilin ikinci rübündə ixtisar edilib.
Qeyd edək ki, ötən ilin sonunda şirkətin əməkdaşlarının sayı 478 nəfər idi.
Xatırladaq ki, şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 254 min 634 manat olan şirkətin qanuni təmsilçisi Əhmədov Camal Kamal oğludur.












