Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Ekolizinq” MMC-nin təsisçilərinin pay bölgüsü dəyişib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalında Quliyev Elçin Saday oğlunun payı 99%-ə yüksəlib, Rəsulov Elnur Qənimət oğlunun payı isə 1%-ə enib.
Qeyd edək ki, ötən ilin sonunda Rəsulov Elnur Qənimət oğlunun “Ekolizinq” MMC-nin nizamnamə kapitalında payı 100% idi.
Xatırladaq ki, “Ekolizinq”də 99%-lik pay əldə edən Quliyev Elçin Saday oğlu “Bank Respublika” ASC-nin səhmlərinin 18,46%-inə sahibdir. Bundan başqa, Elçin Quliyev 2016-cı ildən Bank Respublika-nın Müşahidə Şurasının üzvüdür. O, 1996-2005-ci illərdə Bankın İdarə Heyətinin sədri, 2005-2016-cı illərdə Bank Respublika-nın Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, “Ekolizinq” MMC-nin nizamanmə kapitalı 100 min manatdır.













