Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 110 ünvanında yerləşən 4 şirkət ləğv edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Beauty İnn” MMC (VÖEN: 1406099651), “Veutiful” MMC (VÖEN: 1505646381), “Beauty Revolution” MMC (VÖEN: 1405143751) və “Cosmetolojy İnternational Trade Company” MMC (VÖEN: 1504380071) ləğv olunduğunu elan edib.
Qeyd edək ki, şirkətlərin hər birinin nizamnamə kapitalı 10 manatdır. Şirkətlərin qanuni təmsilçisi Allahverdiyev Əli Abbas oğludur.













