“Xalq Sığorta” ASC sentyabr ayında baş vermiş sığorta hadisəsi üzrə yüksək məbləğdə sığorta ödənişi həyata keçirib.
FED.az xəbər verir ki, KASKO sığortası ilə sığortalanmış MAN markalı yük avtomobili Bakı şəhəri, Zığ şossesində hərəkətdə olarkən maneəyə dəyərək zədələnib.
Sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərər müvafiq qaydada qiymətləndirilib. Avtomobil üzrə maddi ziyanın ümumi məbləği 638 161,47 AZN təşkil edib. Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq avtomobilin real bazar dəyəri, qalıq dəyəri və azadolma məbləği nəzərə alınmaqla 289 800 AZN sığorta ödənişi müəyyən edilib və ödəniş həyata keçirilib.
Avtomobilinizi sığortalamaq və gözlənilməz hadisələr nəticəsində yarana biləcək maddi itkilərdən qorunmaq üçün “Xalq Sığorta”nın 7/24 xidmət göstərən 183 Çağrı Mərkəzi və ya şirkətin sosial şəbəkə hesabları ilə əlaqə saxlaya bilərsiniz.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən “Xalq Sığorta” ASC 58 750 500 manat nizamnamə kapitalına malikdir. Şirkət tərəfdaşları və müştəriləri qarşısında öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında etibarlı mövqeyini qoruyur.
Hazırda fəaliyyətini davam etdirən “Xalq Sığorta” ASC müvafiq lisenziya əsasında müştərilərinə 20-dən çox könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.







![“Xalq Sığorta” yüksək məbləğdə sığorta ödənişi həyata keçirib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1383811.jpeg)
![“Xalq Sığorta” yüksək məbləğdə sığorta ödənişi həyata keçirib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2225737.jpeg)
![“Xalq Sığorta” yüksək məbləğdə sığorta ödənişi həyata keçirib - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/4294668.jpeg)







