Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki bu, Qafqaz regionunun nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Sərgidə Azərbaycan-Türkiyə İş Adamları Birliyi, həmçinin Birliyin üzvü “MGM Group” şirkəti öz stendləri ilə təmsil olunub.


















