Azərbaycanda fəaliyyət göstərən bankların böyük əksəriyyətində əmək haqqı xərcləri artıb. Bəzi banklarda artım ikirəqəmli faizlərlə ölçülür, iki bankda isə əmək haqqına yönəldilən vəsait ötən illə müqayisədə azalıb.
FED.az bankların 30 iyun 2025 və 30 iyun 2026-cı il tarixlərinə olan göstəriciləri əsasında əmək haqqı xərclərinin dinamikasına görə renkinqini təqdim edir.
Ən böyük artım “AFB Bank”dadır – 79%-ə yaxın
Əmək haqqı xərclərinin faizlə artımına görə birinci yerdə “AFB Bank” qərarlaşıb. Bankın əmək haqqı xərcləri 4 milyon 751 min manatdan 8 milyon 495 min manata yüksəlib. Beləliklə, xərc 3 milyon 744 min manat və ya 78,8% artıb.
İkinci ən yüksək dinamika “Bank of Baku”da qeydə alınıb. Bankın əmək haqqı xərcləri 17 milyon 101 min manatdan 22 milyon 272 min manata çatıb – artım 30,2% təşkil edib. “Ziraat Bank”da isə göstərici 6 milyon 139 min manatdan 7 milyon 494 min manata yüksəlib – 22,1% artım.
Sonrakı üç yeri eyni – 17,6%-lik artımla “XalqBank”, “AccessBank” və “Premium Bank” tutur. “Yapı Kredi Azərbaycan”da əmək haqqı xərcləri 17,1% artıb.
ABB əmək haqqına əlavə 17,4 milyon manat xərcləyib
Faiz göstəricisindən fərqli olaraq, məbləğlə ən böyük artım ABB-də qeydə alınıb.
Azərbaycan Beynəlxalq Bankının əmək haqqı xərcləri 105 milyon 552 min manatdan 122 milyon 949 min manata yüksəlib. Bir il ərzində artım 17 milyon 397 min manat, faizlə isə 16,5% olub.
Məbləğlə ikinci böyük artım “Kapital Bank”dadır. Bankın əmək haqqı xərcləri 139 milyon 596 min manatdan 154 milyon 741 min manata yüksəlib. Artım 15 milyon 145 min manat və ya 10,8% təşkil edib.
“Bank Respublika”da əmək haqqı xərcləri 7 milyon 216 min manat, “Paşa Bank”da 6 milyon 584 min manat, “Unibank”da isə 5 milyon 550 min manat artıb.
Əmək haqqı xərclərinin artımına görə ilk 10 bank
| Bank | 2025, min manat | 2026, min manat | Dəyişmə |
|---|---|---|---|
| AFB Bank | 4 751 | 8 495 | +78,8% |
| Bank of Baku | 17 101 | 22 272 | +30,2% |
| Ziraat Bank | 6 139 | 7 494 | +22,1% |
| XalqBank | 26 070 | 30 660 | +17,6% |
| AccessBank | 24 731 | 29 087 | +17,6% |
| Premium Bank | 3 548 | 4 171 | +17,6% |
| Yapı Kredi Azərbaycan | 8 523 | 9 978 | +17,1% |
| ABB | 105 552 | 122 949 | +16,5% |
| Unibank | 36 953 | 42 503 | +15,0% |
| Paşa Bank | 50 124 | 56 708 | +13,1% |













