Müdafiə Nazirliyi 2 tenderə yekun vurub.
Bu şirkət nazirlikdən 1,1 milyonluq - SİFARİŞ ALDI
FED.az xəbər verir ki, nazirlik “Azərbaycan Ordusunun hərbi hissələri üçün elektrik mallarının satın alınması” tenderi üzrə “Amper” MMC şirkəti ilə, “Azərbaycan Ordusunun hərbi hissələri üçün inşaat materialları və əlaqədar digər malların satın alınması” tenderi üzrə isə “SMCS” MMC ilə müqavilə bağlayıb.
Müvafiq olaraq müqavilələrin dəyəri 1 129 955 manat və 1 804 568 manat təşkil edir. Toplamda 2 müqavilə 2 934 523 manat dəyərindədir.
Qeyd edək ki, “Amper” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 186 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xəyal Söhbətov Gülməmməd oğludur. Hüquqi ünvanı AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan Ştq, Xocahəsən Yolu, ev 57m ünvanında yerləşir.
Qeyd edək ki, “SMCS” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 88 500 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ehtiram Heydərli Etibar oğludur. Hüquqi ünvanı AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan, ev 70, m. 19 ünvanında yerləşir.