Azərbaycanda dövlət satınalmalarında və tenderlərdə süni intellektdən istifadə zəruridir.
Azərbaycanda 7 ayda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb
FED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, Hesablama Palatasının rəyi də göstərir ki, dövlət satınalmalarının 51 %-dən çoxunda ehtimal olunan qiymətlə şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 %-dən çoxdur: "Əslində, xüsusən qanunvericilik aspektindən baxsaq, bu fərq kifayət qədər ciddidir. Biz, məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏT) üzv olan 38 ölkənin 35-də artıq dövlət satınalmalarında süni intellektdən bu və ya digər formada istifadə edildiyini görürük. İtaliyada artıq süni intellektdən və blokçeyndən istifadə ilə bağlı xüsusi qanun qəbul edilib. Düşünürəm ki, Azərbaycanda da dövlət satınalmalarında və tenderlərdə süni intellektdən daha geniş istifadə olunmasına ehtiyac var".
Deputat qeyd edib ki, süni intellektdən istifadə məhz şəffaflıqla yanaşı, həm də səmərəlilik gətirəcək. (Report)













