Azərbaycanın 6 bölgəsində fəaliyyətdə olan müxtəlif müəssisələrin fəaliyyəti dayandırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müəssisələrin fəaliyyəti dayandırılaraq ləğv edilib.
Ləğv edilən şirkətlər aşağıdakılardır:
“Ucar 3 nömrəli Təmir Quraşdırma” MMC (VÖEN: 7400836951);
“İsmayıllı Avtovağzalı” MMC (VÖEN: 5400112121);
“Daşkəsən Tikinti Müəssisəsi” MMC (VÖEN: 4900040931);
“Tərtər Barama Müəssisəsi” MMC (VÖEN: 7200689131)
“Sabirabad 8 nömrəli İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstə” MMC (VÖEN: 6801555111);
Azərbaycan Dövlət Balıqçılıq Təsərrüfatı Konserinin İmişli Balıq Zavodu (VÖEN: 5500168811).












