Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə pul siyasəti qərarlarının açıqlanması qrafikinə dəyişiklik edib.
FED.az xəbər verir ki, növbəti faiz dəhlizinin parametrləri ilə bağlı qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilməsi tarixi dəyişdirilib.
Belə ki, qərarın açıqlanması və mətbuat konfransının keçirilməsi 2026-cı il noyabrın 4-dən oktyabrın 29-na keçirilib.
AMB-nin məlumatına görə, həmin tarixdə ekspertlərlə görüşün də təşkili nəzərdə tutulur.












