“Kənd” MMC-nin (VÖEN: 6000827271) nizamnamə kapitalı azaldılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 milyon 781 min manatdan 100 manata – yəni 2 milyon 780 min 900 manat azaldılır.
Qeyd edək ki, “Kənd” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi İbrəhimov Elnur Zakir oğludur. MMC Ağdaş rayonu, Xosrov kəndi hüquqi ünvanında yerləşir.













