“Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan nəqliyyat və xüsusi texnika vasitələri 4-cü dəfə 50% endirimlə təkrar hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, hərrac 8 oktyabr 2026-cı il saat 11:00-da keçiriləcək.
Hərraca çıxarılan nəqliyyat vasitələri və xüsusi texnikaların siyahısı belədir:
- İsuzu D-Max, 2009-cu il — start qiyməti 3 572,5 manat, beh 357,25 manat;
- TVEX EK-12, 2006-cı il — start qiyməti 7 500 manat, beh 750 manat;
- Chevrolet Colorado, 2011-ci il — start qiyməti 5 000 manat, beh 500 manat;
- DT-75D, 2006-cı il — start qiyməti 3 500 manat, beh 350 manat.
Qeyd edək ki, hərracda iştirak üçün 10% beh ödənilməlidir.
Əmlaklara baxış hərracın keçirilmə tarixinədək həftəiçi günlərdə 09:00-dan 16:00-dək mümkündür.












