''Formula 1'' təkcə yarış trasında deyil, paytaxtın kirayə mənzil bazarında da hərəkətlilik yaradıb.
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO
FED.az xəbər verir ki, xüsusilə trekin keçdiyi ərazilərdə mənzillərə tələbatın artması fonunda qiymətlər də dəyişib.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, eyvanı həmin yola baxan əmlak sahibləri mənzillərini günlük kirayə bazarına çıxarıblar. Tələb çox olduğundan, onlar da qiyməti qaldırıblar.
Nofəl Quliyev deyir ki, qiymətlərin belə dəyişməsi mənzilin şəraitinə görədir.
Biz də həmin mənzillərdən birində olduq və eyvandan yolun necə göründüyünü izlədik. Sahibi kamera qaşısında danışmaq istəməsə də, hər il mənzilini turistlərə kirayə verdiyini deyir.
Ekspert onu da əlavə etdi ki, yarış bitdikdən sonra qiymətlər yenidən stabil olacaq. Yəni hər il ənənvi olaraq belə vəziyyət yaranır.












