Bakı metropolitenində 9 yeni stansiyanın və tunellərinin tikintisinə 2027-ci ildə başlanacaq.
FED.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda hazırlıq işləri aparılır. Sənədləşmə və digər işlərin bu il yekunlaşdırılması nəzərdə tutulur.
Bəxtiyar Məmmədov qeyd edib ki, gələn il bütün 9 stansiyanın tikintisinə eyni vaxtda başlanacaq. Plana əsasən, stansiyalar 2030-cu ilin sonunadək istifadəyə veriləcək. (Trend)












