Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dominikan Respublikasının xarici işlər naziri Roberto Alvarez Gil ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə XİN məlumat yayılıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan–Dominikan Respublikası münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi dialoqun institusionallaşdırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın daha da inkişaf etdirilməsi perspektivləri xüsusi qeyd olunub.
Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş imzalanıb. Bundan əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Dominikan Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.






![Daha bir ölkəyə viza - [red]LƏĞV EDİLDİ - FOTOLAR[/red] | FED.az](/upload/news/small/2640640.jpg)
![Daha bir ölkəyə viza - [red]LƏĞV EDİLDİ - FOTOLAR[/red] | FED.az](/upload/news/small/1446722.jpg)
![Daha bir ölkəyə viza - [red]LƏĞV EDİLDİ - FOTOLAR[/red] | FED.az](/upload/news/small/3740733.jpg)
![Daha bir ölkəyə viza - [red]LƏĞV EDİLDİ - FOTOLAR[/red] | FED.az](/upload/news/small/4879478.jpg)







