“Oriyad Balıq” ASC-nin (VÖEN: 6500024921) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək:
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. Səhmdarların ümumi yığıncağının 12.07.2022-ci il tarixli qərarlarının və onun nəticələrinin ləğv edilməsi haqqında;
2. 2025-ci ilin İllik maliyyə hesabatının təsdiq edilməsi haqqında;
3. Cəmiyyətin ləğv edilməsi haqqında;
4. Ləğvetmə Komissiyasının yaradılması haqqında;
5. Ləğvetmə Komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında;
6. Cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətlərinə xitam verilməsi haqqında;
7. Digər məsələ.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərlə bağlı sənədlərlə hər həftənin iş günləri, saat 10:00-dan 13.00-dək tanış ola bilərlər. Ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti 1 Əlaqə telefonu: 051-205-95-60
Qeyd edək ki, “Oriyad Balıq” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 54 min 80 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Elsevər Ağamməd oğludur.












